Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 68 kiloqram 275 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Belə ki, dekabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 56 kiloqram 575 qram narkotik vasitə (7 kq 45 qr heroin, 49 kq 120 qr marixuana, 410 qr metamfetamin), həmçinin "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 11 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Azərbaycanda generala yüksək VƏZİFƏ VERİLDİ
- Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Cinayətkar qrupun üzvü imiş
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıblar
- Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Rəylər