Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrandan ölkəyə 13 kiloqram metamfetamin keçirənlərə qarşı əməliyyat - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb. S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.
Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- DİN-dən əməliyyat: Narkotik vasitələr aşkarlandı
- Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb
- Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub
- Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb
- İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
Rəylər