"Qeydə alınan partiyaların sayı 22-dir. Onlardan kifayət qədər - 551 səlahiyyətli nümayəndə qeydə almışıq".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, ümumi müraciət edilən dairə sayı 119-dur:
"6 dairəyə müraciət olmayıb, 431 nəfər namizədlik üçün müraciət edib. Təsdiq olunanların sayı 261, imza vərəqəsi alanların sayı 213-dür. Bu göstərici 125 seçki dairəsi üzrə 3,5 faiz təşkil edir".
261 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənib
Könül Cəfərli
Rəylər