Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkil əlavə şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətlə çıxış edib. Daha sonra istintaq materiallarına əlavə edilən sənədlər tədqiq olunub.
Vəkilin vəsatəti isə növbəti prosesədək baxılmamış saxlanılıb.
Məhkəmə istintaqı yekunlaşaraq çıxışlar üçün proses dekabrın 1-dək təxirə salınıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçisi olub.
Elgün Həsənli