Bu gün Apellyasiya Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Turqut Qəmbər sərbəst buraxılıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, polis onunla bağlı araşdırma apardıqdan sonra sərbəst buraxıb.
12:30
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlu, NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər polis tərəfindən saxlanılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
Onun sözlərinə görə, T.Qəmbəri Bakı Apellyasiya Məhkəməsinin qarşısında mülki geyimli polis əməkdaşları saxlayıb.
E.Ə.
www.oxu.az