Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə E. Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.
E.Ə.
www.oxu.az