Abşeronun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi koçkünlərin məskunlaşdığı şəhərcikdə Zakir Bayramova məxsus kafedə oğurluq hadisəsi törədilib.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, oğrular kafeyə gecə saatlarında dəmir qapını qıraraq daxil olublar.
Buna obyektə quraşdırılan təhlükəsizlik kameralarının görüntüləri əsas verir.
Zakir Bayramovun sozlərinə görə, bu ilin aprel ayının 12-də kafe qəsdən yandırılıb. Bu zaman da ona külli miqdarda maddi ziyan dəyib. Bu dəfə də oğurluğun baş verməsinin təsadüf olub-olmadığı sual doğurur.
Faktla bağlı Abseron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az