Bu gün Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Ə. Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
E.Ə.
www.oxu.az