Kazan Beynəlxalq aeroportunda təcavüzdə şübhəli bilinən xarici vətəndaş saxlanılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 31 yaşlı Azərbaycan vətəndaşı 2015-ci ildən təcavüzdə şübhəli bilinərək respublikanın daxili işlər orqanı tərəfindən qaldırılan cinayət işi çərçivəsində federal axtarışdadır.
O, “Bakı-Kazan” aviareysinin sərhəd yoxlaması zamanı yaxalanıb.
Sərhəd idarəsinin mətbuat xidmətinin məlumatına görə, növbəti prosessual tədbirlərin həyata keçirilməsi üçün saxlanılan şəxs polis əməkdaşlarına təhvil verilib.