Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Keçmiş arvadını evə görə döyən şəxsə hökm oxundu
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qulam Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Q.Qədirov cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 12 yanvar 2024-cü il tarixdə, saat 14:40-da Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qulam Qədirov keçmiş arvadı, zərərçəkmiş Ülkər Qayıbova (şərti) və övladları ilə birlikdə eyni evdə yaşayıb. O, qadınla aralarında həmin ünvanda birgə yaşamaq üstündə yaranmış fikir ayrılığı səbəbindən mübahisə edib. Bu zaman Qulam keçmiş arvadının üzərinə hücum edib, qəsdən əllə onun saçını dartıb yolub. Sonra o, əl, habelə şillə ilə Ülkərin sifət, baş nahiyələrinə zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.
Hadisədən sonra Qulam Qədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qəsdən sağlamlığa zərərvurma" teqi üzrə xəbərlər
- Neftçalada qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydü
- Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydü
- Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi
- Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı
- "Oleq Bakinski"nin məhkəməsi: Prokuror vəsatəti əsassız hesab etdi