Bakıda daha bir soyğunçuluq hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə martın 12-də baş verib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini İlkin Əliyevin sifət nahiyəsinə başı ilə vuraraq mobil telefonunu alıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Canəli İsmayılzadə tutulub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az