Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kişi "Wi-Fi"yi söndürmək üstündə keçmiş arvadını döydü - HÖKM
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Qasımov 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 22 yanvar 2025-ci il saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Malik Qasımov onunla eyni həyətdəki digər fərdi yaşayış evində yaşayan keçmiş həyat yoldaşı, zərərçəkmiş Zərifə Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının "Wi-Fi" internet şəbəkəsini söndürməsi olub. Bu zaman o, Zərifənin üzərinə hücum edib, əl və ayaq zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona yüngül xəsarət yetirib.
Hadisədən sonra Malik Qasımov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər
- Üç yaşlı qızının gözü qarşısında arvadını öldürənlə bağlı qərar verildi
- Dostunun xəstə qızına təcavüz edən 69 yaşlı kişiyə AĞIR CƏZA
- Azərbaycanda "Playstation" klubları ilə bağlı ARAŞDIRMA BAŞLADI - RƏSMİ
- "Bahalı ev qızı" və "uşaq mənimdir, özüm bilərəm"