Lənkəran rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 02.00 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetirib.
Daha sonra B.Mikayılov hadisə yerindən qaçıb.
Hazırda rayonun hüququ-mühafizə orqanları qətl törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.