Azərbaycanın Lənkəran rayonunda yeni il tətilində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Lənkəran rayon Polis İdarəsindən Vesti.Az-a verilən məlumata əsasən, Liman şəhərində yanvar ayının 4-də kişi öz həyat yoldaşını bıçaqlayaraq öldürüb.
1960-cı il təvəllüdlü Həbibov Fərhad Zaman oğlu keçmiş həyat yoldaşı 1965-ci il təvəllüdlü Həbibova Zəminə Əliş qızına bir neçə bıçaq zərbəsi endirib.
Bunun üçün kişi çoxdan ayrıldığı Həbibovanın evinə gəlib.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı yaralardan həyatını itirib.
Həbibov yerli polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, arvadını qısqanclıq zəminində öldürüb. Guya ki, bir neçə il bundan öncə Həbibova ərinə başqa kişi ilə xəyanət edib.
Yalnız indi köhnə hesabları yada salan kişi, arvadını onu alçaltdığına görə cəzalandırmağı qərara alıb.
Amma istintaq orqanları kişinin öz əməllərini ört-basdır etmək üçün yalan danışdığından şübhələnirlər.
Qeyd edək ki, Həbibov öncə mühakimə edilməyib və heç yerdə işləmir.
Fakt üzrə araşdırma davam edir.
04.01.2015
Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də saat 15.00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.
Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.
Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər.
Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.