Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış H.Ə.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin edilib.
İttihama görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış H.Ə.-nin külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.