Qax rayonundakı marketlərdən birindən edilən oğurluq anı təhlükəsizlik kamerasına düşüb. Hadisə bir neçə gün əvvəl Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 14 ünvanında, Mahir Bayramlıya məxsus marketdə baş verib.
Oxu.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, oğurluq etdiyi iddia edilən şəxs qadındır və o, marketdən götürdüyü məhsullardan bəzilərini çantasına yığır.
Market sahibinin sözlərinə görə, qadın oradan yağ, konserva məhsulları və şirniyyat oğurlayıb. Ancaq kassaya yaxınlaşdıqda, sadəcə, qənd və şirniyyatı göstərərək onun pulunu ödəyib. Digər məhsulları isə çantasında marketdən çıxarıb.
Ümumilikdə market sahibinə 60-70 manat arasında ziyan dəyib. Mağaza sahibi polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik :
İ.N.