Masallıda evində meyiti tapılan yaşlı qadının qətlə yetirildiyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılan meyitin müayinəsi başa çatıb. Ekspertizanın nəticələrinə əsasən, qadının bədənində 3 bıçaq xəsarəti aşkarlanıb.
Onun boynundan asılı olan pul kisəsi və barmağından qızıl üzüyü çıxarılaraq, oğurlanıb.
Faktla bağlı araşdırma davam edir, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
14:32
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi evində aşkarlanıb.
Ərkivan kənd sakinlərinin aznews-a verdiyi məlumata görə, Gülgəz İsmayılova tək yaşayırmış. Sakinlər qeyd ediblər ki, mərhum səhər saatlarında namaz qılmağa durarkən evində yıxılıb:
“Yıxılıb, başı çarpayıya dəyib. 74 yaşı var, yaşlı qadındır. Övladları hamısı ailəlidir. Onlar Gülgəz İsmayılovadan ayrı yaşayır. Hüquq-mühafizə orqanları araşdırma aparır”.
Fakt araşdırılır.
Z.Q.
www.oxu.az