Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə əmisi və tanışı ilə birgə arvadının babasının evinə basqın edən şəxslə bağlı qərar verdi
Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə quldurluqda təqsirləndirilən Habil Əliyev, Zaman Fərhadov və onun qardaşı oğlu Katib Fərhadovun (hər üç şəxsin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü onların hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci ilin avqust ayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşadığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunu bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Zaman Fərhadov, qardaşı oğlu Katib Fərhadov və tanışı Habil Əliyev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə üç müxtəlif avtomobillə Seyfəli kəndinə gəliblər. Zaman və Katib Mustafayevlər evin kənarında gözətçilik ediblər, Habil Əliyev isə evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb. Daha sonra ev sahibinə müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb edib, heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.
Hadisədən sonra həmin şəxslər saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilib.
Sonda bildirək ki, zərərçəkmiş Katib Fərhadovun arvadının babasıdır.
Rəylər