Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı
Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Gülsevər Aslan qızı Qurbanovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.
İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- 18 nəfərə qarşı dələduzluqda ittiham edilən qadın məhkəməyə niyə gəlmir?
- Bakıda üç nəfəri qətlə yetirən şəxs cəzasını ömürlük çəkəcək - QƏRAR
- Məhkəmə körpəsini öldürən ana ilə bağlı qərar verdi
- Arvadını 17 il döyərək əzab verən şəxs məhkəmə zalında həbs edildi
- Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi