Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Meşədə söyüşə görə tanışını güllələyərək öldürən şəxsə HÖKM OXUNDU
Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il sentyabrın 14-də Oğuz rayonunun Mollalı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Pərvin Məmmədov həmkəndlisi və tanışı Toğrul Kərimovu sözügedən kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürüb. Pərvin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Pərvin Məmmədovun Toğrul Kərimova 3 000 manat borcu olub. Buna görə Toğrul onu və ailə üzvlərini təhqir edib. Onlar aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə Toğrul Kərimovun təklifi ilə sentyabrın 14-ü saat 14 radələrində meşəlik ərazidə görüşüblər. Bu zaman Toğrul Pərvini və ailə üzvlərini söyüb. Pərvin Toğrulun əlindəki qoşalüləli ov tüfəngini alıb və onu güllələyərək qətlə yetirib.
"Şəki Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı
- Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının cəzası artırıldı
- Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - SƏBƏB
- Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
Rəylər