Dünən Bakı şəhərinin Pirallahı qəsəbəsində qətl hadisəsi törədilib. Cinayətin qurbanı yerli sakin, 1978-ci il təvəllüdlü Məmmədova Elnarə Vəli qızı olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Pirallahı rayon Polis İdarəsindən bildiriblər.
Məmmədovanın çoxsaylı bıçaq yaraları olan cəsədi səhərə yaxın öz evində tapılıb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb. Bu, qətlə yetirilənin əri Aydın Məmmədov olub.
Cinayətin motivi hələ aşkar edilməyib, hal-hazırda istintaq gedir. Bəzi məlumatlara görə, qadın tez-tez əri tərəfindən döyülməyə məruz qalıb. Qadın uşaq bağçasında işləyib. Qonşuların sözlərinə görə, Məmmədovlar mömin idilər, onlar vəhhabi təriqətinin tərəfdarları idilər. Məlum olduğu kimi qətlə yetirilən şəxs iki uşaq anası idi.
Fakt üzrə istintaq davam edir.