Moskvanın cənub şərqindəki Tixoretsk küçəsində ağır cinayət hadisəsi baş verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bir dəstə silahlı şəxs həmin küçədən hərəkət edən avtomobilin qarşısını kəsərək, avtomat silahlardan maşında olan şəxsləri atəşə tutublar. Baş verən hadisə nəticəsində 1 nəfər ölüb, bir nəfər də yaralanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Cinayətkarlar maşında olan əşyaları götürərək, şəxs avtomobilləri ilə qaçıb gizləniblər. Baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb və yaradılan operativ əməliyyat qrupu cinayətin baş vermə səbəblərini hadisə yerində araşdırma aparır. Hücuma məruz qalmış avomobillə, cinayətkarın hadisə yerində qoyduqları avtomobilə ilkin baxış keçirilib.
Hadisə baş verən zaman qardaşlar həmin iş adamına məxsus çantada olan 4,2 milyon rubl (128 000 dollar) məbləğində vəsaiti şəxsi avtomobilləri ilə banklardan birinə yatırtmaq üçün aparırmışlar.
Verilən məlumata görə, cinayətkarlara məxsus ikinci avtomobil isə Moskva-Stavropol avtomobil yolunun üstündəki kiçik meşəlikdə tapılıb.
Cinayətkarların həbs edilməsi üçün axtarış elan edilib.