Rüşvət əməliyyatında adı hallanan Rza Zərrab haqqında məlumatlar gündəmi zəbt etməkdə davam edir.
Oxu.Az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib.
E.Salmanov Türkiyə mediasında R.Zərrabın “Bakıda doğulan keçmiş azəri vətəndaşı” kimi təqdim olunmasından ciddi narahatlıq duyduğunu bildirib:
“Bu şəxs Bakıda doğulmayıb. Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub. Gələcəkdə də ola bilməz”.
Qeyd edək ki, Türkiyə mediasında iranlı R.Zərrabın 1984-cü ildə Bakıda doğulduğu haqda məlumatlar yayılıb.
Aytən Sadıqzadə
www.oxu.az