McDonald’s korporasiyası öz əməkdaşlarına gözlənilməz çağırışla müraciət edib – şirkət sağlamlıq naminə fast-food qidasından imtina etməyə səsləyib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın sürətli qidalanma üzrə aparıcı şəbəkələrindən birindən gələn bu tövsiyə adətən şirkətin daxili xəbərlərinin dərc olunduğu saytda yerləşdirilib, Gawker xəbər verir.
Dərc olunmuş skrinşotda iki təsvir görünür. Birində - McDonald’s şəbəkəsinin klassik yeməkləri: 1 stakan kola, hamburger və fri-kartof. Təsvirin yanında “qeyri-sağlam qidalar” yazısı qeyd olunub.
Digər təsvirdə isə alternativ yemək variantı göstərilib: 1 şüşə su, sendviç və salat. Şirkət bu seçimi “sağlam” adlandırıb.
Təsvirin altında yerləşdirilmiş məlumatda deyilir ki, fast-food qidalarında “daim çoxlu şəkər, duz, yağlar və kalori olur”, onların çoxu “böyük miqdarda yağda hazırlanıb, böyük yemək porsiyaları kökəlmə ehtimalını artırır”.
“Bununla yanaşı, sürətli qidalanma restoranları çoxlu sayda təzə meyvə və tərəvəz təklif etmirlər”, - deyə, McDonald’s-dan qeyd edirlər.
Bununla əlaqədar olaraq, şirkət öz əməkdaşlarını evdə qidalanmağa yaxud da “menyuya çoxlu salatlar, suplar və tərəvəzlərin daxil olduğu yerlərdə yeməyə” çağırır.