Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanov musiqisi İlham Məsiyevə aid “Qaraçının qəlbi” adlı yeni mahnı oxudu.
Oxu.Az xəbər verir ki, müğənni qaraçı xalqı haqqında bunları deyib:
“Cəmiyyətdə qaraçılar haqqında düzgün fikir hələ də formalaşmayıb. Bu xalqın qədim tarixi, zəngin və müxtəlif istiqamətli mədəniyyəti var. Qədim zamanlarda qaraçı adını romale xalqına avropalılar verib, çünki onlar Tsıqal çayının ətrafında məskunlaşmışdılar. Bu xalq dünyaya böyük şəxsiyyətlər bəxş etmişdir. Onların arasında aktyor Çarli Çaplin, rəqqas Xoakin Kortes, kinorejissor Toni Qatlif, xeyriyyəçi Tereza və başqaları var. Nikolay Sliçenkonun başçılıq etdiyi qaraçı teatrı “Romen” dünyada ən məşhurlardan biridir. Özü də ki, Sliçenkonun həyat yoldaşı və bu teatrın aktrisası Tamilla Ağamirova Bakıda anadan olub və bir çox Azərbaycan filmlərində baş rollara çəkilib”, - Zaur Əmiraslanov bildirib.
Müğənninin sözlərinə görə, layihənin davamı olaraq qaraçı rəqs qrupu ilə klip çəkiləcək.
Aytən Sadıqzadə
www.oxu.az