Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Moskvada azərbaycanlı iş adamını belə güllələdilər – Video
Moskvada azərbaycanlı iş adamı Fabris Salam-Hüseynov qətlə yetirilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, öldürülmüş Fabris Salam-Hüseynov Baykalski küçəsində yaşayırmış, onun həmin ərazidə kiçik biznesi olub, NTV telekanalı məlumat yayıb.
45 yaşlı kişi görünür yaşadığı rayonu gec-gec tərk edirmiş. Fabris tez-tez yaxınlıqdakı kafeni ziyarət edirmiş və killerlər də bundan xəbər tutublar, çünki öz qurbanlarını məhz orada güllələyiblər.
Sentyabrın 18-də kişi həmişə olduğu kimi şam yeməyi üçün kafeyə yola düşüb, lakin girişdə killerlərlə qarşılaşıb. Avtomatik tapançalarla silahlanmış iki nəfər qaranlıqdan çıxıblar.
Hüseynov onları görən kimi öz silahını çıxarmaq istəyib, lakin qatillər daha cəld tərpəniblər. İş adamı yerindəcə güllələnib. Hadisənin şahidi olmuş yerli sakinlər bildirirlər ki, qatillər öz qurbanlarını qorxutmaq istəməyiblər, elə dərhal onu öldürməyə çalışıblar.
Qohumların sözlərinə görə, Fabrisi çoxdan təhdid edirmişlər. Buna görə də, qətlin sifarişli olduğu güman edilir. Hələlik cinayətin motivi müəyyənləşdirilməyib, bu istiqamətdə iş aparılır.

www.oxu.az