Rəsmi Bakı Alman Bundestaqının üzvü, deputat Yurqen Klimkenin Azərbaycana gəlişinə qadağa qoyub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Hamburger Abendblat” qəzeti məlumat yayıb.
Bildirilib ki, rəsmi Bakı alman deputatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün “qara siyahı”ya salaraq onun bu ölkəyə girişinə qadağa qoyub.
Yurqen Klimle prezident seçkilərini izləmək üçün Azərbaycan hökumətinə dəfələrlə müraciət etsə də, rədd cavabı alıb.