Moskvanın Şimali administrativ Vilayət üzrə Dİİ-nin polis əməkdaşları mərhum vətəndaşın pul vəsaiti ilə dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Oxu.Az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva üzrə DİN Dİ mətbuat xidməti bildirib.
Şimali vilayətin polis əməkdaşları axtarış-əməliyyat tədbirləri zamanı mütəşəkkil cinayət qrupunun vəfat edən vətəndaşların əmlakı ilə fırıldaqçılıqda mahir olan üzvünü yaxalayıblar.
Polislər tərəfindən əslən Azərbaycandan olan, əvvəllər də məhkum edilən şübhəlinin 2014-cü ilin mart ayında vəfat edən Moskva sakininə mənsub olan pul vəsaitinə sahib çıxmaq üçün onunla qohumluq əlaqələrini təsdiqləyən saxta sənədlər hazırladığı aşkar edilib. Sonra fırıldaqçı onları notariusa təqdim edib, varislik vəsatəti qaldırıb.
Şübhəli şəxsə mirasa hüququ olmasına dair şəhadətnamə verilib, bunun nəticəsində o, mərhumun dövlət xəzinəsinə köçürülməli olan 5 milyon rubl məbləğində pul vəsaitinə sahib çıxıb.
“Fakt üzrə RF CM-nin m.159. b.4-də nəzərdə tutulmuş maddəsi ilə (xüsusi iri məbləğdə fırıldaqçılıq) cinayət işi açılıb. Şübhəliyə qarşı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib”, - idarədə qeyd ediblər.
Hal-hazırda saxlanılan şəxsin analoji cinayətlərə aidiyyatlılığı araşdırılır.