Məşhur Hindistan filmi “Zita və Gita”nın qəhrəmanı Hema Malini avtomobil qəzası keçirib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın “Mercedes” markalı avtomobili minik maşını ilə toqquşub.Hadisə zamanı bir uşaq ölüb, 4 nəfər yaralanıb. Hema Malini isə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyati təhlükəsinin olmadığını söyləyiblər.