Taciklərlə azərbaycanlılar arasında baş verən mübahisə Moskvanın Privolnaya küçəsində çərşənbə günü səhər baş verib. İştirakçılardan biri odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az bu barədə “Moskovski komsomoles”ə istinadən xəbər verir.
Saat 08.30 (Bakı vaxtı ilə 09.30) radələrində “Hyundai” markalı avtomobilin qarşısını kəsən üç nəfər maskalı şəxs sərnişin A.Əmrahova travmatik silahdan atəş açıblar.
Sonra özləri həmin maşına əyləşərək hadisə yerindən uzaqlaşıblar. A.Əmrahov isə qan içində yaralı vəziyyətdə yerdə qalıb.
Hadisənin şahidləri təcili tibbi yardım çağırıblar. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, hadisə - azərbaycanlı və taciklər arasında mübahisədir. Digər versiyaya görə isə bu pul daşıyıcısına hücumdur. Maşında 800 min rubl (10160 dollar) pul olması barədə məlumat var.