Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycandan Rusiyaya gedən Turac Hüseynovun əl yükündən 5 kiloqram 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, T.Hüseynov şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Aşkar edilmiş faktla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.