Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdirini öldürməkdə ittiham edilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.
İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.
O, elan olunmuş ittihamla özünü təqsirli bilib.
Etibar Məmmədov