Müğənni Dəniz Əsədovanın apellyasiya şikayəti təmin edilməyib.
Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qarşı tərəfin vəkili Asim Abbasovun apellyasiya şikayəti isə qismən təmin edilib.
Qeyd edək ki, müğənni Dəniz Əsədova vəkil tərəfindən xüsusi ittiham qaydasında şikayət edilmişdi.
Onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 6 ay müddətində, 148-ci maddəsi ilə 4 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, verilmiş cəza qismən toplanılaraq ümumilikdə ona 7 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.
Fotoda Asim Abbasov

Elgün Həsənli