Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dəniz Əsədovanın həbs edilmə SƏBƏBİ BİLİNDİ - TƏFƏRRÜAT
Müğənni Dəniz Əsədovanın həbs edilməsinin təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a D.Əsədovanın həbs edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edən vəkil Asim Abbasov bildirib.
Vəkil qeyd edib ki, şikayət o və bir qrup şəxs tərəfindən olub:
"Dəniz Əsədova mənim, bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb, bizə böhtan atırdı. Biz də onun barəsində məhkəməyə müraciət etdik.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi, şikayətimiz təmin edildi və onun barəsində 7 ay müddətinə azadlıqdan məhrumetmə tədbiri seçildi, Dəniz Əsədova məhkəmə zalında həbs olundu.
Xatırladaq ki, müğənni D.Əsədova barəsində bu il martın 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt D.Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.
Müğənni Dəniz Əsədova həbs edilib.
Oxu.Az-ın məlumatına görə, müğənni vəkil Asim Abbasovun şikayəti əsasında həbs edilib. Vəkil Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Dəniz Əsədovanın ona böhtan atdığını bildirib.
Binəqədi Rayon Məhkəməsində şikayətə baxılıb və D.Əsədova barəsində yeddi ay həbs cəzası çıxarılıb.
Aqil Vəlili