Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Zəkaların mübarizəsi" olimpiadasının üstün cəhəti açıqlandı
"Zəkaların mübarizəsi" olimpiadasının digər yarışlardan fərqi ondan ibarətdir ki, burada şagirdlər təkcə şahmat üzrə deyil, eyni zamanda riyaziyyat, mədəniyyət, incəsənət, təbiət elmləri və digər sahələr üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər".
Oxu.Az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini, "Zəkaların mübarizəsi" olimpiadasının layihə koordinatoru Fuad Qarayev deyib.
O bildirib ki, bu olimpiada Heydər Əliyev Fondu və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunub:
"Olimpiada iki mərhələdən ibarətdir. Regional mərhələdə qalib gələn məktəblilər artıq final mərhələsində iştirak edirlər. Bu günün sonunda həm şahmat, həm də elm yarışları üzrə qaliblər müəyyən olunacaq. Yaxın günlərdə qaliblərin mükafatlandırılması həyata keçiriləcək. Bu olimpiadanın üstün cəhətlərindən biri də odur ki, burada şagirdlər fərdi deyil, komanda şəklində yarışırlar".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib
- Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsinin təlim mərhələsi yekunlaşıb
- Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb
- Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olunub
- Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir