Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müxtəlif qurumları serverlərinin bağlanacağı ilə təhdid edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Şahin Rəcəb oğlu Rəcəbov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Müəyyən olunub ki, Şahin Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib.
O, bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər.
"Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi" teqi üzrə xəbərlər
- Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"
- Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi
- Bakıda BEŞ MİLYONLUQ əməliyyat: "TOST"un başçılarından biri ələ keçdi
- Külli miqdarda pul mənimsədiyinə görə saxlanılan Hüseyn "Zevs" ləqəbli tiktokerin qardaşıdır
- Bu xəbərləri qaçırmayın: 20.09.2024-ün ən mühüm hadisələri
Rəylər