Sabunçu rayonunun ərazisində yerləşən məcburi Qarabağ köçkünlərinin yaşadığı “Giləvar” sanatoriyasında braziliya seriallarında belə görünməyən məhəbbət macəraları yaşanır. Öz sevgilisini hər vasitə ilə əldə saxlamağa çalışan cavan qadın cinayətə əl atıb. O, öz sevgilisinin evinin üstünə yanacaq töküb yandırıb.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, Sabunçu rayonunun 15-ci polis bölməsinə müraciət edən 51 yaşlı şuşalı məcburi köçkün, “Giləvar” sanatoriyasında məskunlaşmış Ç.Hacıyevin müraciət edərək bildirdiyinə görə, fevral ayının 4-də 35 yaşlı, Nailə adlı xanım onun evini yandırıb. Xoşbəxtlikdən evdə adam olub və alov evi tam bürüməmiş söndürülüb.
İlkin istintaq zamanı təyin edilib ki, Nailə Hacıyevin evli olan oğluna qarşı məhəbbətdən tamamən ağlını itirib.
Məlum olub ki, şikayətçinin oğlu Nailə ilə əlaqədə olub, amma bu günlərdə ondan ayrılmağı qərara alıb. Bu xəbəri öyrəndikdən sonra qadın bu addımı atıb. Yanğını törətdikdən sonra Nailə Ç.Hacıyevə bildirib ki, onun oğlu yalnız onunla əlaqədə ola bilər. Öz hərəkəti ilə qadın Ç.Hacıyevə 200 manat miqdarında xəsarət yetirib.
İndi o cərimə ödəməlidir.
Müəyyən edilib ki, Nailə kirayə tutduğu mənzildə tək yaşayır.