Ucarda 1 nəfər dəm qazından zəhərlənib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Əzməmmədova Günay Qulam qızı yaşadığıl evdə zəhərlənib. Onu evdə huşsuz vəziyyətdə həyat yoldaşı aşkarlayıb.
Təcili Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılan Günay Əzməmmədova reanimasiyaya yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.
Qeyd edək ki, Günay Əzməmmədova 2 uşaq anasıdır.