Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb.
Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi "Ural" markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.
Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12