Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən aldadıldığını iddia edir.
Onun sözlərinə görə, Asim adlı vasitəçi ona bir sot torpaq sahəsi və dəyəri 21 500 manat olan ev satıb.
Baku TV-nin məlumatına görə, qadın bildirib ki, o, evə qaz çəkdirmək istəyəndə məlum olub ki, evin sənədi yox imiş:
"Ya sənədi ver, ya da pulumu qaytar. Torpağın çıxarışı var, amma fərdi evə aid heç bir sənəd yoxdur", - deyə sakin bildirib.
Asim adlı şəxslə əlaqə saxlamaq cəhdləri uğursuz olduğuna görə qarşı tərəfin fikirlərini öyrənmək mümkün olmayıb.