Ukrayna Təhlükəsizlik Xidməti Xarkov-istanbul reysini həyata keçirən təyyrəni qaçırmaq istəyən şəxsin sərxoş olduğunu açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyədəki rəsmilərlə müzakirələrdən sonra yayılan açıqlamada bildirilib ki, hadisə terrora cəhddən daha ziyadə sərxoş bir sərnişinin özünü idarə edə bilməməsi kimi dəyərləndirilir.
Məlumata görə, artıq bu şəxs Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
21:45
Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Nəqliyyat Nazirliyi bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
21:30
Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.
Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.
Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs təyyarəni partladacağı ilə hədələyərək, təyyarənin havaya qalxmasını və Soçiyə istiqamətlənməsini tələb edir.
Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.