Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşlarının adları məlum olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları – Vüqar Nəsibov və İsmayıl Tağıyevdir.
Hər iki polis zabiti bu gün saat 12.00-da II Fəxri Xiyabanda dəfn olunacaq.
E.Ə.
www.oxu.az