Bakının Nardaran qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 29-na keçən gecə Nardaran qəsəbəsində Bəxtiyar Məmmədovun evindən, pəncərəni sındırmaqla 2 ədəd kondisioner, 2 ədəd su nasosu və 3 ədəd samovar oğurlanıb.
Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nardaran qəsəbə sakinləri - 1997-ci il təvəllüdlü Nahid Yaqubov, 1999-cu il təvəllüdlü Vüsal Məmmədov, 2000-ci il təvəllüdlü Pərvin Qasımov və Elşad Kazımov tutulublar.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az