Sabunçu rayonu Nardaran qəsəbəsində qətl törədilib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, səhər saatlarında qəsəbə ərazisində bir nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.
30-35 yaşlı həmin şəxs ağır xəsarətlə xəstəxanaya aparılarkən keçinib. Hadisəni törədən şəxs və ya şəxslər isə məlum deyil.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
E.Ə.