Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Narkotikin təsiri altında olan sürücünün sərnişinindən də marixuana aşkarlandı
Lerikdə narkotikin təsiri altında maşın idarə edən şəxs saxlanıldı.
Oxu.Az xəbər verir ki, "Toyota Prius" markalı avtomobillə Lerik şəhəri ərazisində hərəkətdə olan sürücü İlqar Ağayev işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona rayon polis şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.
Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə İ.Ağayevin narkotik vasitə istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan Furqan Səfərovdan marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
- Lerikdə NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı
- Bakıda oğurluq hadisəsi: Maşını hissələrə bölüb satdı
- "Bahalı ev qızı" və "uşaq mənimdir, özüm bilərəm"