Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Rüstəmov dəfn edilib
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlal Əbdülhəkim oğlu Rüstəmovla İsmayıllı rayonunda keçirilən vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi İsmayıllı rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci il aprelin 10-da İsmayıllı rayonu Mican kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdərə rayonunun Qozlu (Vaquaz) kəndində itkin düşüb.

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar