Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşı hakim qarşısına çıxarılır
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Oxu.Az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, Ə.Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə günahlandırılır.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.
Etibar Məmmədov
www.oxu.az
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ