Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Nikosayağı” kimi tanınan bloqerin cinayət işi üzrə məhkəmə iclası qapalı keçirilir - VİDEO
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
Məhkəmə iclası qapalı olduğundan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.
Xatırladaq ki, məhkəmə proseslərinin hazırlıq iclası və son - hökm hissəsi ictimaiyyət üçün açıq keçirilməlidir.
Bu da media nümayəndələrinin etirazına səbəb olub.
Hazırlıq iclası davam edir.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.
Mövzuya aid xəbərlər
- “Nikosayağı”nın qəzadan sonra ilk FOTOSU - VİDEO
- “Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
- Qəzaya düşən bloqer “Nikosayağı”nın yaxınları Baku TV-yə danışıblar - VİDEO
- Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası Oxu.Az-a oğlunun vəziyyətini açıqladı
- “Nikosayağı”nın qolunu itirdiyi avtoqəzada ölən şəxs biznesmen oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər