Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ödəmə terminalından minlərlə manat oğurlandı - Saxlanılan var
Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər