Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Tünzalə Nəbiyevanın içərisində 300 manat və bankomat kartı olan pul kisəsini soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Tural Əliyev tutulub.
Suraxanıda oğurluqda şünhəli bilinən şəxs tulub. Belə ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakini Rauf İsmayılova məxsus evdən 580 manat və mobil telefon oğurlamış paytaxt sakini İlham Qurbanov tutulub.
Suraxanıda daha bir cinayətin üstü açılb. Belə ki, dekabrın 17-dən 22-dək olan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Həmidağa Quliyevə məxsus mağazadan dam örtüyü sökülməklə 280 manat pul oğurlanıb.
Suaraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Vüsal Sadıqov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun A.Abbasovaya məxsus evdən və S.Paşayevə məxsus sexdən dəzgah, gümüş və məişət əşyaları oğurlaması da müəyyən edilib.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Yasamal və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Abbas Rəhimovdan, İskəndər Bayramovdan və Vaqif Həsənovdan ümumilikdə 5352 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür.
Sabirabadda da oğurluqda şübhəli bilinən şəxs yaxalanıb.
Belə ki, Sabirabada RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də “Qafar-inşaat” MMC-yə məxsus 800 manat dəyərində elektrik avadanlıqları oğurlamış rayon sakini Samir Mehdiyev tutulmuşdur.
E.Ə.
www.oxu.az